Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya çalışır ki, Ermənistanda öz varlığını saxlasın

Rusiya çalışır ki, Ermənistanda öz varlığını saxlasın


"Qondarma Artsaxın ləğvi ilə bağlı qərara yenidən baxılmasını gündəmə gətirmək istəyənlər, necə deyərlər, ölünü diriltmək arzusunda olanlardır. Məlum məsələdir ki, Ermənistanda siyasi baxımdan sabitlik uzun müddətdir ki, normal vəziyyətinə qayıda bilmir. Burda ABŞ və Rusiya faktoru var və bu iki qütbə xidmət göstərən ölkənin siyasi qüvvələri sözsüz ki, mövcud hakimiyyətə təsir göstərən vasitələrdən və müəyyən mexanizmlərdən istifadə edirlər. Burada qondarma Artsax kartından da istifadə oluna bilər və bu addımın atılmasında rusiyapərəst qüvvələrin xüsusi fəallığı var".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, məhz Rusiyanın sifarişi əsasında belə cəfəng fikirlərin irəli sürülməsi əslində yaxın gələcəkdə iki ölkə arasında yekun sülh müqaviləsinin bağlanmasına əngəl kimi qəbul edilə bilər:

"Bundan əlavə belə bir vəziyyətdə pozuculuq siyasətini paralel olaraq danışıqlar prosesi ilə aparmaq Ermənistan hökumətinin əvvəlki dövrlərdə olduğu kimi indi də sadəlövh siyasəti kimi qiymətləndirmək olar. Burada proseslərə maneəçilik yaratmaq istəyən qüvvə kimi Rusiya faktoru var və Rusiya çalışır və bundan sonra da çalışacaq ki, Cənubi Qafqazda, xüsusilə də Ermənistanda öz varlığını, gücünü saxlasın. Bunun üçün zaman zaman biz belə qondarma Artsax kartından istifadə edənlərin bəyanatlarını eşidə bilərik.Bütün bunlar boş boş düşüncələrdən ibarətdir və Qarabağ məsələsində son addımların atılması istiqamətində çox ciddi işlər aparılır və hər şey Azərbaycanın diktəsi və nəzarəti altında həyata keçirilir".

Anar Əliyev
Xəbəri paylaş