Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Salyanda qanunsuz ov etdiyinə görə saxlanılan şəxsdən narkotik də aşkarlanıb

Salyanda qanunsuz ov etdiyinə görə saxlanılan şəxsdən narkotik də aşkarlanıb


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayonun Ərəbqardaşbəyli kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Neftçala rayon sakini M.Həsənov saxlanılıb.

Ondan 1 ədəd ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovladığı adı Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşən Turac quşu və çöl dovşanı götürülüb.
Şəxsi axtarış zamanı M.Həsənovdan marixuana da aşkar olunub.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mehman Mehdiyev
Xəbəri paylaş