Belqradda “Serbiya zorakılığa qarşı” müxalifət koalisiyasının tərəfdarlarının yeni mitinqə başlayıb.
Bu barədə Newscenter.az xarici mətbuata istinadən xəbər verir.
Belə ki, etirazçılar yenidən Respublika Seçki Komissiyasının binası yaxınlığında toplaşıb, onların sayının bir neçə yüz nəfər olduğu bildirilir. Aksiyaçılar əllərində plakatlar tutublar və fit çalırlar. Kralya Milana küçəsində nəqliyyatın hərəkəti kəsilib.
Qeyd edək ki, dekabrın 25-də də paytaxtda “Serbiya zorakılığa qarşı” koalisiyası tərəfdarlarının mitinqi keçirilib. Etirazçılar parlament üzvü Srdjan Milivoyeviçin çağırışı ilə bir gün əvvəl Belqrad administrasiyası binası yaxınlığında iğtişaşlar zamanı saxlanılan müxalifət tərəfdarlarının “taleyini öyrənmək” istədiklərini bildiriblər.
Onlar daha sonra nümayişi bitirib, dağılışıblar. Həbslər və ya iğtişaşlar barədə məlumat verilməyib.
Serbiyada etirazlar “Aleksandar Vuçiç - Serbiya dayanmamalıdır” koalisiyasının qalib gəldiyi növbədənkənar parlament seçkilərinin nəticələrinə görə başlayıb. İyirmi üç faizdən çox səs toplayan müxalifət hakimiyyəti seçkiləri saxtalaşdırmaqda ittiham edir.
Mehman Mehdiyev