Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində respublika ərazisində nəzarət-profilaktik tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, dekabrın 25-də Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Ucar şəhəri ərazisində keçirdikləri tədbir zamanı yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışını təşkil edən 2 nəfər müəyyən edilib və oradan 918 ədəd müxtəlif növ pirotexniki vasitə aşkar olunaraq götürülüb.
Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Mehman Mehdiyev