"Prezident Volodimir Zelenskinin elan etdiyi 500 min insanın səfərbər edilməsi planını yerinə yetirmək üçün Ukraynanın büdcəsində istənilən vəsait yoxdur".
Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri Ukraynanın Ali Radasının deputatı Yaroslav Jeleznyak səsləndirib. Yaroslav Jeleznyak xatırladıb ki, 2024-cü ilin büdcəsində hərbi xərclər 2023-cü ildəkindən azdır:
"Mənə elə gəlir ki, prezident səhv edib, yarım milyard qrivna yox, daha çox pul lazımdır. Bizdə isə belə pul yoxdur", -
Qeyd edək ki, dekabrın 19-da Zelenski hərbi komandanlığa silahlı qüvvələrə daha 500 min nəfərin çağırılması üçün müraciət edib. Bu da əlavə 500 milyard qrivnaya (təxminən 13,4 milyard dollar) başa gələcək.
Mehman Mehdiyev