Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“2024-cü ilin Yaşıl Dünya naminə həmrəylik ili” elan edilməsi COP 29 -un Azərbaycanda keçirilməsi qərarına ən gözəl cavabdır

“2024-cü ilin Yaşıl Dünya naminə həmrəylik ili” elan edilməsi COP 29 -un Azərbaycanda keçirilməsi qərarına ən gözəl cavabdır


“2024-cü ilin Yaşıl Dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncan, hər şeydən əvvəl COP 29 -un Azərbaycanda keçirilməsi qərarına ən gözəl cavabdır.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, hazlrda bəşəriyyətin qarşısında duran ən aktual problemlərdən biri, bəlkə də birincisi planetin ekoloji tarazlığının qorunması, iqlim dəyişikliklərinin yaratdığı fəsadların aradan qaldırılmasıdır:

"Azərbaycanda, bu sahədə çoxsaylı layihələr icra olunmuşdur. İşğaldan azad edilmiş ərazilərin bərpasında yaşıl enerji layihələrinə üstünlük verilir".

Deputat qeyd edib ki, COP 29-un Azərbaycanda keçirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun, cənab Prezidentin apardığı siyasətin qələbəsidir:

"Əminəm ki, belə bir mötəbər tədbir yüksək səviyyədə təşkil olunacaq, çoxsaylı layihələr icra ediləcək və ölkəmizə maraq artacaqdır".

S.İsmayılbəyli
Xəbəri paylaş