Argentinanın yeni hökuməti 5 mindən çox dövlət qulluqçusunun müqavilələrini yeniləməyib.
Newscenter.az "İzvestiya"ya istinadən bildirir ki, hökumət bu addımı Argentinanın dekabrın 10-da vəzifəyə başlayan yeni prezidenti Xavyer Miley tərəfindən elan edilmiş kütləvi ixtisarlar və devalvasiyaya qarşı planının bir hissəsi kimi xarakterizə edib.
Bu arada hökumət rəsmiləri 2023-cü ilə qədər işə götürülən digər dövlət işçilərinin müqavilələrinin də yenidən müzakirə ediləcəyini söyləyib.
“Məqsəd ölkəmizi yenidən qurmaq, insanlara azadlıq və muxtariyyət qaytarmaq və iqtisadi inkişafı əngəlləyən, ləngidən çoxlu tənzimləmələr toplusunu dəyişdirməyə başlamaqdır”,-deyə hökumətin açıqlamasında bildirilib.
Qeyd edək ki, ixtisarlar artıq etirazlara səbəb olub.
Anar Əliyev