Birləşmiş Ştatlarda son bir ildə ən dəhşətli kütləvi qətlləri qeydə alınıb.
Newscenter.az "İzvestiya"ya istinadən bildirir ki, il ərzində ABŞ-da 200-dən çox insan bu səbəblərdən həyatını itirib. Ümumilikdə, il ərzində 40-a yaxın kütləvi qətliamın həyata keçirildiyi bildirilir. İl ərzində baş verənlər Amerikanın yaxın tarixinin ən pis göstəricisi sayılır.
Ən çox qurbanların sayı 2023-cü ilin yanvarında qeydə alınıb. Belə ki, təkcə həmin ay 43 nəfər qətllərdən dünyasını dəyişib.
Mehman Mehdiyev