Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan hər zaman qlobal təşəbbüslərin mərkəzi rolunu oynayıb

Azərbaycan hər zaman qlobal təşəbbüslərin mərkəzi rolunu oynayıb


"Azərbaycan hər zaman qlobal məsələlərin həllinə yönəlmiş təşəbbüslərlə çıxış edib, bu istiqamətdə əməli addımlar atıb, təqdirəlayiq fəaliyyətlər ortaya qoyub. 2010-cu ildə Azərbaycanda "Ekologiya İli", 2017-ci ildə "İslam Həmrəyliyi İli"nin qeyd olunması fonunda bunu demək mümkündür. Bir sözlə Azərbaycan hər zaman qlobal təşəbbüslərin mərkəzi rolunu oynayıb. Sevindirici hal ondan ibarətdir ki, bütün bu təşəbbüslər və fəaliyyətlər beynəlxalq aləm tərəfindən təqdir olunub, qlobal səviyyədə dəstək görüb. Çünki Azərbaycan dövləti bu kimi təşəbbüslər və fəaliyyətlərlə yalnız özünü deyil, bütün dünyanı düşündüyünü, bu istiqamətdə çalışdığını təsdiqləyir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasına münasibət bildirərkən səsləndirib. Dövlət başçısının bununla bağlı imzaladığı sərəncamın mühüm əhəmiyyət kəsb etdiyini deyən İqbal Məmmədov bildirib ki, sərəncamı əhəmiyyətli edən daha bir məqam BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilinə təsadüf etməsidir:

"Bu sərəncamın özü də bir daha Azərbaycanın iqlim dəyişikliyinə, qlobal miqyasda ekoloji problemlərə nə dərəcədə həssas yanaşdığı, bu istiqamətdə təqdirəlayiq təşəbbüslər ortaya qoyduğunu sübuta yetirir".

Millət vəkili onu da bildirib ki, Azərbaycan işğaldan azad edilən ərazilərdə yaşıl enerjinin inkişaf etdirilməsini qarşıya məqsəd qoyub və bu istiqamətdəki fəaliyyət də iqlim dəyişikliyinə qarşı mübarizəsinin bir komponentidir:

"Hesab edirəm ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində həyata keçiriləcək tədbirlər sırasında Qarabağda yaşıl enerjinin inkişafı məqsədilə atılan addımlara, görülən işlərə beynəlxalq maraq da artacaq.

Anar Əliyev
Xəbəri paylaş