Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda qızılcaya yoluxma hansı yaşa qədər olur?

Azərbaycanda qızılcaya yoluxma hansı yaşa qədər olur?


Azərbaycanda qızılcaya yoluxma halları əsasən 18 yaşa qədər insanlar arasında qeydə alınır.

Newscenter.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva qızılca ilə bağlı danışarkən deyib.

Mərkəz rəsmisi bildirib ki, tək-tək hallarda 40 yaşa qədər insanlar qızılcaya yoluxur: “Hazırda yalnız 11-40 yaş arası əhalinin peyvənd olunması nəzərdə tutulur. Onu da qeyd edim ki, ölkədə 6 yaşa qədər uşaqların qızılca əleyhinə peyvəndi Milli Peyvənd Təqviminə əsasən həyata keçirilir”.

Onun sözlərinə görə, bütün aidiyyəti tibb müəssisələrinə qızılca əleyhinə peyvənd paylanılıb, hər bir şəxs ərazi üzrə poliklinikalara yaxınlaşaraq vaksin vurdura bilər.
Xəbəri paylaş