Ukraynada müzakirəyə çıxarılan "Səfərbərlik haqqında" qanun parlamentarilər arasında etiraza səbəb olub.
Newscenter.az TASS-a istinadən bildirir ki, Ali Radanın deputatı Yevgeni Şevçenko "Səfərbərlik haqqında" qanun layihəsini pisləyib. Şevçenko bildirib ki, səfərbərlik haqqında qanun ukraynalıları küncə sıxışdırır
"Ukrayna Silahlı Qüvvələrinin (AFU) sıralarına səfərbərlik haqqında yeni qanun layihəsi vətəndaşları küncə sıxışdırır, əsas hüquq və azadlıqları pozur",-deyə deputat bildirib.
Siyasətçinin fikrincə, bu qanun hərbi əməliyyatlarda iştirak etmək istəməyən, lakin canlarını qurtarmağa çalışanlara qarşı yönəlmiş dövlətin qisas alətinə çevrilə bilər.
Mehman Mehdiyev