Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyanın ən güclü atom elektrik stansiyasının istismarına qoyulan qadağa aradan qaldırılıb

Dünyanın ən güclü atom elektrik stansiyasının istismarına qoyulan qadağa aradan qaldırılıb


Yaponiyada dünyanın ən güclü atom elektrik stansiyasının istismarına de-fakto qoyulan qadağa aradan qaldırılıb.

Newscenter.az TASS--a istinadən bildirir ki, 2021-ci ilin aprelində stansiyanın istismarı təhlükəsizlik pozuntularına görə qadağan edilmişdi. Aradan keçən 2 ildən artıq müddətdə Tokio Elektrik Enerjisi Şirkəti (TEPCO) prosesini izləmək üçün stansiyada çoxsaylı yoxlamalar aparıb.

Qeyd edək ki, Yaponiyanın Atom Enerjisinə Nəzarət Komitəsi Niiqata prefekturasında yerləşən dünyanın ən güclü atom elektrik stansiyası olan Kaşivazaki-Karivanın fəaliyyəti 2 il əvvəl ərazidə baş verən zəlzələ səbəbindən dayandırılmışdı. Hazırda stansiyanı yenidən işə salmaq üçün Niigata prefekturasının müvafiq qərarı tələb olunur.

Mehman Mehdiyev
Xəbəri paylaş