"Ermənistan hakimiyyəti hazırda Qərb və Rusiya arasında böyük bir dilemma qarşısındadır".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, Rusiya heç bir halda Qərb qüvvələrinə Ermənistana daxil olmağa icazə verməz:
"Məhz Ukrayna ərazisində baş verən müharibənin ən böyük səbəblərindən biri də, bu oldu. Rusiya, Ermənistanın dövlət kimi ortaya çıxmasına səbəb olan və erməni xalqını yüz illərdir ayaqda saxlayan bir dövlətdir. Rusiyanın siyasi xəttində, Ermənistan məsələsində və ümumiyyətlə Ermənistan haqqında hansısa fikir və düşüncələr ifadə edilərkən, eynilə Ukraynada müharibədən əvvəlki dövrlər göz önünə gəlir və Ermənistan Rusiya üçün Ukraynadan yaxın hesab edilə bilməz".
Ekspert deyib ki, Rusiya Ermənistan üzərində mənəvi və psixoloji haqqı olan dövlət kimi özünü təqdim edir və bunu açıq şəkildə ifadə edir:
"Ermənistanın Rusiyadan qaçışı ola bilər ki, müəyyən mənada baş tutsun, amma, Qərbin Ermənistan ərazilərində yerləşməsi, Ermənistan üçün heç də asan məsələ kimi görünmür və belə bir vəziyyətdə Ermənistan, Rusiyanın ciddi təsir və təzyiqləri ilə qarşılaşması qaçılmaz olacaq".
Anar Əliyev