Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanın Enerji İnkişafı Fondu ilə onlayn görüş keçirilib

Gürcüstanın Enerji İnkişafı Fondu ilə onlayn görüş keçirilib


Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Kamran Hüseynov və Gürcüstanın Enerji İnkişafı Fondunun (GEDF) direktoru Caba Xmaladzenin iştirakı ilə onlayn görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə iki ölkənin bərpa olunan enerji layihələri, bu istiqamətdə dövlət tərəfindən dəstək mexanizmləri barədə məlumat verilib.

Ölkələr arasında bərpa olunan enerji sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib, hökumət tərəfindən investorların cəlb edilməsi üzrə qarşılıqlı bilik və təcrübə mübadiləsi müzakirə edilib.

R.Mehdiyeva
Xəbəri paylaş