Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mahmud Abbasdan Qəzza ilə bağlı 3 şərt

Mahmud Abbasdan Qəzza ilə bağlı 3 şərt


Fələstin prezidenti Mahmud Abbas Fələstin rəhbərliyinin Qəzzada hakimiyyəti ələ alması və məsuliyyəti öz üzərinə götürməsi üçün ilkin olaraq 3 şərtə əməl edilməsinin zəruriliyini bildirib.

Newscenter.az-ın trthaber-istinadən xəbər verir ki, Abbas ilk növbədə Qəzzaya hücumların tamamilə dayandırılmasını vacib sayıb.

Mahmud Abbas ikinci şər kimi Qəzzaya humanitar yardımların çatdırılmasını irəli sürüb:

"Həmçininfələstinlilərin deportasiyasının qarşısı alınmalıdır",-deyə o, bildirib.

İsrailin Qəzzanı tərk edəcəyi təqdirdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduqlarını bildirən Abbas, Fələstin rəhbərliyinin vahid Fələstin dövləti olaraq Qəzza, İordan çayının qərb sahili və Qüdsdəki məsuliyyətlərini üzərinə götürməyə hazır olduğunu da dilə gətirib.

Anar Əliyev
Xəbəri paylaş