Rusiyada avtobus qəzası baş verib.
Newscenter.az "İzvestiya"ya istinadən bildirir ki, hadisə Ural vilayətində qeydə alınıb. Məlumata görə, sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb
İlkin məlumatlara görə, Tümen-Krasnoturinsk marşrutu üzrə hərəkət edən və içərisində 15 sərnişin olan avtobus yolun buzlu olması səbəbindən idarəetmədən çıxaraq yük maşınına çırpılıb. Qəza nəticəsində dünyasını dəyişən də məhz avtobusun sürücüsü olub.
Mehman Mehdiyev