Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Salyan və Saatlıda pirotexniki vasitələr satan şəxslər barəsində tədbirlər görülüb

Salyan və Saatlıda pirotexniki vasitələr satan şəxslər barəsində tədbirlər görülüb


Salyan və Saatlıda pirotexniki vasitələr satan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı rayon ərazisində yerləşən köşklərin birində pirotexniki vasitələrin satıldığı aşkar edilib. Qayda pozuntusuna yol verən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Analoji qayda pozuntusunu Saatlı rayonunda da aşkarlanıb. Belə ki, Şirinbəy kəndi ərazisində yerləşən mağazaların birində qanunsuz olaraq pirotexniki vasitələrin satışını təşkil edən 1 nəfər müəyyən olunub və barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Bu istiqamətdə tədbirlər respublikanın bütün bölgələrində davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş