Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2023-cü il xalqımızın həyatında ən qürurlu və əlamətdar il kimi yadda qalacaq

2023-cü il xalqımızın həyatında ən qürurlu və əlamətdar il kimi yadda qalacaq


"Yola saldığımız 2023-cü il xalqımızın, o cümlədən bütün Dünya Azərbaycanlılarının həyatında ən qürurlu və əlamətdar il kimi yadda qalacaq. Bu il xalqımız ilk dəfə olaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ili öz ərazi bütövlüyünü, dövlət suverenlyini tamamilə bərpa edən müstəqil Azərbaycan Respublikasının vətəndaşları kimi qeyd edirlər. 50 milyonluq Dünya azərbaycanlıları tariximizə qızıl hərflərlə yazılmış Zəfər ilinin qürur və təntənəsini yaşayırlar".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. O bildirib ki, bu sevinci, müqəddəs hissləri bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə, qəhrəman şəhidlərimizə və cəsur qazilərimizə, Rəşadətli Ordumuzun hər birinə dərin minnətdarıq:

"Bu gün milli birliyimizin, bölünməzliyinin simvolu olan Dünya Azərbaycanlılarının Həmrəylik gününün əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin də ruhu şaddır, Onun bütün arzuları çin oldu, vaxtilə Şuşada, Xankəndidə inşa etdiyi hər daşın, hər tarixi irsin sahibi indi özümüzük.

Ən əlamətdar hadisələrədn biri Laçın şəhərinə, Zabuxa, Füzuliə və Zəngilana soydaşlarımızın 30 ildən sonra doğma torpaqlarına geri dönüşü oldu. Bu prosesdə və milli həmrəyliyimizin möhkəmlənməsində Azərbaycanın Birinci-Vitse Prezidenti Mehriban xanım Əliyevanın da yorulmaz fəaliyyəti xüsusi əhəmiyyət daşıyır, Onun azad olunmuş ərazilərimizdə zəngin tarixi, dini və mədəni irsimizin bərpasında fəal iştirakı fərəh doğurur".

Vaqif Abdullayev deyib ki, yola saldığımız ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin cəsarətli və müdrik rəhbərliyi sayəsində digər çoxsaylı nailiyyətlər də qazandıq, siyasi-diplomatik müstəvidə yeni uğurlara imza atdıq, Qərbi Azərbaycan İcmasının öz tarixi torpaqlarımıza qayıdışı üçün beynəlxalq hüquqi-siyasi təminatların yaradılması istiqamətində xeyli işlər görüldü:

"Eləcə də 2023-cü ildə beynəlxalq nüfuzumuz daha da möhkəmləndi, qardaş Türkiyə və Türk dünyası ilə siyasi-iqtisadi, humanitar əlaqələrimiz genişləndi, azad ərazilərimizdə Özbəkistan tərəfindən inşa edilən məktəbin istifadəyə verilməsi, Türkiyənin yeni layihələrinin icrası sarsılmaz qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verdi.
Eyni zamanda, ən yaxın dost ölkə olan İsraillə münasibətlərimiz dərinləşdi, İsrail Prezidenti İshak Hersoqun Azərbaycana səfəri müttəfiqliyimizdə yeni səhifə açdı.

Bir sözlə, 2023-cü il xalqımız və dövlətimiz üçün son 200 illik tariximizin qızıl səhifəsinə çevrildi.
Əminəm ki, qarşıdan gələn 2024-ci ildə milli həmrəyliyimiz daha da güclənəcək və xalqımız fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində yenidən Müzəffər Lideri İlham Əliyevə yekdilliklə etimad göstərəcək.
Hörmətli həmvətənlər, Sizi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm. Hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailənizdə xoşbəxtlik və firavan günlər, yeni-yeni uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!".

Anar Əliyev
Xəbəri paylaş