Amerikalı konqresmen Klaudia Tenni Ağ Evin mətbuat katibinin fəaliyyətini kəskin şəkildə tənqid edib.
Newscenter.az "İzvestiya"ya istinadən bildirir ki, konqresmen Ağ Evin mətbuat katibi Karine Jean-Pierreni səmərəsiz fəaliyyət və qeyri-peşəkarlıqda ittiham edib. Tenni bildirib ki, bu cür məsuliyyətli vəzifənin öhdəsindən gələ bilməyən Pierreyə il ərzində vəzifə maaşı kimi cəmi 1 dollar ödənilməlidir.
"O, bir il ərzində jurnalistlərin ədalətli suallarından yayınmaqla, Amerika xalqına yalan danışmaqla, dövlət işçilərinin siyasi partiyaların üzvü olmasını qadağan edən Hatch Aktını pozmaqla vaxt keçirib və vəzifəsini yerinə yetirərkən.məsuliyyətsiz davranıb",-deyə konqresmen bildirib.
Anar Əliyev