"Rusiya kifayət qədər elektron müharibə sistemlərinə malikdir. Bu da nəticə etibarilə Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələri (AFU) üzərində texniki üstünlüyünü təmin edir".
Newscenter.az TASS-a istinadən xəbər verir ki, Böyük Britaniyanın "The Telegraf" nəşri bu barədə yazıb.
Nəşr hesab edir ki, Rusiyanın elektron döyüş texnikasına malik olması Moskvanın Ukrayna münaqişəsində üstünlüyünə bir nümunədir
"Ukrayna hərbçiləri yaxşı başa düşürlər ki, onlar əlverişsiz vəziyyətdədirlər. Radiotezliklər tıxanıb, istiqamətləndirmə sistemləri şifrələnib. Bu səbəbdən, Ukrayna Silahlı Qüvvələri tərəfindən təchiz edilmiş HİMARS çoxillik raket sistemləri bəzi ərazilərdə demək olar ki, heç bir effekt vermir",-deyə məqalədə qeyd edilir.
Anar Əliyev