Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa artistlik edir

Fransa artistlik edir


"Fransa öz rəzilliyini ört-bastır etmək üçün Azərbaycanın diplomatlarını persona non-qrata elan edib. Məsələ ondadır ki, Fransa Azərbaycanın fransız casusları ifşa etməsindən sonra eynən azərbaycanlı diplomatlara eyni münasibət göstərməsi sünnilikdən başqa bir şey deyildir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, əgər Fransa tərəfdə belə fakt öncədən var idisə, niyə bunu vaxtında etmirdi?

"Görünən odur ki, Fransa tez-tələsik Azərbaycanı günahkar çıxarmaq üçün artistlik edir. Azərbaycan kəşfiyyat orqanları isə həqiqətən də Fransanın imicini yerlə bir etdi".

Politoloq deyib ki, Fransa kəşfiyyat orqanları güclü zərbə alıb:

"Xüsusən də bu zərbənin Azərbaycandan alması daha ağrılı olub".

Anar Əliyev
Xəbəri paylaş