"Əslində bundan sonra prosesin necə cərəyan eləməsinin elə də mənası yoxdur. Cünki, reallıq var. Reallıq da odur ki, ”Artsax”adlanan qondarma rejim Azərbaycan ərazisindən cıxarılıb, hətta rejimin başında duranlar Azərbaycanın güc strukturları tərəfindən həbs olunaraq Azərbaycana gətirilib".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Əliabbas Məhərrəmli qondarma "Artsax"-ın ləğvi qərarına yenidən baxılması və 27 sentyabr qərarının qüvvədən düşməsinin elan olunmasını şərh edərkən səsləndirib. O bildirib ki, bundan sonra istəyirlər 1 “Artsax” yox, 10 “Artsax” yaratsınlar, heç birinin mənası yoxdur:
"Digər tərəfdən Ermənistanın baş naziri Nikol Paşinyan da imkan verməz ki, proseslərə zərbə dəysin, Ermənistan ərazisində onlar strukturlaşsın. Yəni hansı addım atsalar da hec bir perespektivi olmayacaq. Azərbaycan ordusu onları elə məhv etməyib ki, onlar bir daha bu iddiaya düşsünlər".
Anar Əliyev