Rusiyada ORVİ virusunun yayılma sürəti artmaqdadır.
Newscenter.az TASS-a istinadən bildirir ki, Tambov vilayətində də virusa yoluxma halı qeydə alınıb və virusa yoluxmuş 10 uşaq müəyyən edilib.
Məlumata görə, Moskva-Simferopol marşrutu ilə hərəkət edən qatarda tibb heyətinin apardığı müayinə zamanı belə hal aşkar edilib. Virusa yoluxmuş 10 uşaqla bərabər eyni qatarla hərəkət edən 250 uşaq və 45 yaşlı şəxslərdə isə virus əlamətləri aşkar olunmayıb.
Virus aşkar edilən 10 uşağın əlavə müayinə üçün Tambov Uşaq Klinik Xəstəxanasına göndərilməsi qərara alınıb.
Anar Əliyev