Rusiyada maraqlı elmi araşdırma aparılıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, Ural Federal Universitetinin (UrFU) alimləri göz xəstəliklərinin diaqnostikası üçün kompüter proqramı hazırlayıblar.
Proqram elektroretinoqramma (ERG) nəticələrini təhlil edir. Bu, oftalmoloqların görmə orqanlarının patologiyalarını müəyyən etmək üçün istifadə etdiyi tədqiqatlardan biridir. Onun köməyi ilə həkimlər qlaukoma, retinal distrofiya və bir çox başqa xəstəlikləri aşkar edə bilərlər. Eyni zamanda, həkimlərin əl ilə qoyduğu diaqnozların dəqiqliyi 60% -dən çox olmadığı halda, bu proqram vasitəsilə diaqnozun dəqiqliyi 91 faiz müəyyən edilib.
Sona