Ukrayna Radasında müzakirəyə çıxarılan "Səfərbərlik haqqında" qanun ölkədə ciddi etirazlara səbəb olub.
Newscenter.az TASS-a istinadən bildirir ki, qanuna etiraz edən bir qrup ukraynalı partizan hərəkatına əl atıb.
Belə ki, döyüş bölgəsinə getmək istəməyən ukraynalı gənclər meşələrə çəkilərək hökumət qüvvələrinə qarşı vuruşur.
Baş verənlərlə bağlı fikirlərini bölüşən sabiq Ukrayna prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Soskin vurğulayıb ki, indi vətəndaşlar yalnız Ukrayna vətənpərvərliyi ilə cəbhəyə getmək istəmirlər. Çünki artıq məlum olur ki, Respublika Silahlı Qüvvələrinin (AFU) kifayət qədər silahı yoxdur, lakin hakimiyyət hələ də ordunu toplamaqda davam edir.
Anar Əliyev