Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrailli əsgərlər Netanyahu ilə görüşməyi rədd etdi

İsrailli əsgərlər Netanyahu ilə görüşməyi rədd etdi


HƏMAS-a qarşı mübarizədə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilən israilli hərbiçilərin bir qrupu baş nazir Benyamin Netenyahu ilə görüşməkdən imtina edib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, İsrailin Kanal 13 televiziyası bu barədə məlumat yayıb. Məlumata görə, Netanyaho üçün xoşagəlməz hadisə onun xəstəxanada hərbiçiləri ziyarət etməsi zamanı yaşanıb.

İsrailin Kanal 13 televiziyasının məlumatına görə, Netanyahu Qəzza zolağında quru əməliyyatı zamanı yaralanan əsgərlərlə görüşmək üçün Qərbi Qüdsdəki Hadassa xəstəxanasının reabilitasiya şöbəsini ziyarət etməyə gəlib. Yaralılardan bəziləri Netanyahu ilə görüşməkdən imtina edib. Yaralanan 18 İsrail əsgərindən 15-nin Netanyahunun otağına girməsini istəmədiyi məlum olub.

Mehman Mehdiyev
Xəbəri paylaş