ABŞ esminesi Yəmən yaxınlığında pilotsuz təyyarə və gəmi əleyhinə raketi ələ keçirib.
Newscenter.az "İzvestiya"ya istinadən bildirir ki, bu barədə Pentaqonun Mərkəzi Komandanlığı məlumat yayıb.
Məlumata görə, husilərin atdığı Qırmızı dənizin cənubunda bir pilotsuz təyyarə və bir gəmi əleyhinə ballistik raket ABŞ esminesi tərəfindən zərərsizləşdirilib. Məlumatda o da qeyd edillir ki, bu, husilərin oktyabrın 19-dan bəri beynəlxalq gəmiçiliyə hücum məqsədli 22-ci cəhdidir.
Anar Əliyev