2023-cü ildə Türkiyədə 23 milyard 74 milyon lirə narkotik və qaçaqmal ələ keçirilib. Bu da keçən illə müqayisədə 93 faizlik artım deməkdir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu fikirləri Türkiyənin ticarət naziri Ömər Bolat səsləndirib.
Nazir bildirib ki, 2023-cü ildə təxminən 12 ton narkotik, 1,2 milyon litr yanacaq, 1,4 milyard lirə dəyərində 1302 nəqliyyat vasitəsi və təxminən 3,2 milyard lirə dəyərində elektron əşya ələ keçirilib
Anar Əliyev