Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa açıq-aşkar Azərbaycana qarşı qərəz və kin nümayiş etdirir

Fransa açıq-aşkar Azərbaycana qarşı qərəz və kin nümayiş etdirir


“Fransanın bu ölkədə fəaliyyət göstərən Azərbaycan səfirliyinin iki diplomatını arzuedilməz şəxs elan etməsi Parisin Bakıya vermiş olduğu gülünc və məntiqsiz cavabdır. Görünən odur ki, Fransa da himayə etdiyi Ermənstan kimi başını itirib və hansı addımı atdığının fərqində deyil”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı Fransa ilə Azərbaycan arasında yaranmış diplomatik krizə münasibət bildirərkən səsləndirib. İctimia birlik sədri deyib ki, Azərbaycan tərəfi Fransız diplomatların ölkəmizdə pozuculuq işləri ilə məşğul olduğunu faktlarla sübuta yetirdiyi və bu səbəbdən onları persona non-qrata elan etdiyi halda, qarşı tərəf isə azərbaycanlı diplomatların hansı səbəbdən arzuedilməz şəxs olunduqlarına aydınlıq gətirməyib:

“Rəsmi Paris açıqlama verməyib ki, azərbaycanlı diplomatlar hansı səbəbdən arzuedilməz şəxs elan olunublar. Fransanın məntiqindən belə çıxır ki, kimin ürəyindən nə keçir heç bir diplomatik norma və prinsiplərə məhəl qoymadan onu edə bilər”.

Arzuman Muradlı deyib ki, Fransa açıq-aşkar Azərbaycana qarşı qərəz və kin nümayiş etdirir, bütün hüquq norma və prinsipləri kobud şəkildə pozur:

“Düşünürəm ki, Parisin Bakıya olan aqressiv və düşmən münasibəti Azərbaycandan daha çox Fransanın özünə zərbə vuracaq”.

S.İsmayılbəyli
Xəbəri paylaş