Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa cılızlığı və qisasçılığı

Fransa cılızlığı və qisasçılığı


“Fransanın Azərbaycana qarşı sərgilədiyi münasibət və atdığı addımlar heç bir beynəlxalq hüquqa və prinsiplərə sığmır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, rəsmi Paris son dönəmlər açıq düşmənçilik edir və Bakının etirazlarını diplomatik kanallarla narazılıqlarını çatdırmasına baxmayaraq həmin xətti, həmin siyasəti davam etdirməkdədir.

“Fransa səfirliyinin iki əməkdaşı diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan olunub. Onlar Azərbaycanda diplomat toxunulmazlığı altında cəsusluqla məşğul olurmuşlar. Əgər sübuta yetirilmiş ciddi faktlar və sübutlar olmasaydı Azərbaycan belə tədbirə əl atmazdı. Çünki bir ölkənin diplomatının 48 saat ərzində fəaliyyət göstərdiyi dövlətdən çıxarılmasının tələb edilməsi sıradan bir hal deyil. Bu son vasitəyə əl atılması başqa dövlətlər arasında böyük skandallara və krizlərə yol açdığından dövlətlər çalışırlar ki, etiraz doğuran məsələni sakit həll etsinlər. Görünür Fransanın ölkədən çıxarılan iki diplomatının persona non qrata elan olunması son zərurət olub”.

Əli Oruclu deyib ki, Fransanın xarici ölkələrdə cəsus şəbəkəsinin ifşa olunmasından sonra ümumilikdə bu dövlətin beynəlxalq aləmdəki nüfuzuna və imicinə, həmçinin etibarına sarsıdıcı zərbə vuruldu:

“Fransadan fərqli olaraq Azərbaycan diplomatları diplomatik fəaliyyətlə məşğul olublar və heç bir pozuntulara da yol verməyiblər. Fransanın cavab tədbiri kimi Azərbaycanın 2 diplomatını arzuolunmaz şəxs elan etməsi cılızlıq və qısasçılıqdan başqa bir şey deyil. Hesab edirəm ki, rəsmi Paris etimadsızlıq və gərginlik mühiti yaratmaqda da Cənubi Qafqazla, xüsusən də Azərbaycana bağlı xarici siyasətində ciddi və əsaslı dəyişikliklər etsə hər tərəf üçün faydalı olardı. Azərbaycan həmişə dost əlini həm əməldə, həm də bəyanatlarda, rəsmi və qeyri-rəsmi səviyyələrdə uzadıb”.

Süleyman
Xəbəri paylaş