Fransanın paytaxtı Parisin məşhur Yelisey küçəsində dekabrın 31-də keçirilməsi planlaşdırılan Fələstinə dəstək nümayişi qadağan edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Respublikaçı (LR) parlament üzvü Erik Çiotti bununla bağlı açıqlamasında nümayişin ictimai asayişi pozacağını iddia edb.
Paris polis rəisi Laurent Nunez isə X-də verdiyi açıqlamada Ciotti-nin paylaşımından sitat gətirib və 31 dekabrda sözügedən küçədə keçiriləcək bütün nümayişlərin qadağan edildiyini vurğulayıb.
Anar Əliyev