Milli Məclisin deputatı Jalə Əhmədova Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Salyan rayonunda seçicilərinin növbəti qəbulunu keçirib.
Newscenter.az xəbər verir ki, millət vəkili ilk olaraq şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçılarını qəbul edib, hər birini ayrı-ayrılıqda dinləyərək problemləri ilə maraqlanıb.
Seçicilər əlillik, pensiya, işsizlik və məşğulluq məsələləri ilə bağlı problemlərdən danışıblar və millət vəkilindən qeyd etdikləri məsələlərin müsbət həllində köməklik göstərməyi xahiş ediblər.
Jalə Əhmədova qəbul zamanı seçicilərini narahat edən məsələlərin həlli üçün səlahiyyətləri çərçivəsində əlimdən gələn köməkliyi əsirgəməyəcəyini bildirib.
R.Mehdiyeva