Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçında quruculuq işlərində xidmətləri olan qurumlar mükafatlandırılıblar

Laçında quruculuq işlərində xidmətləri olan qurumlar mükafatlandırılıblar



Laçında aparılan tikinti-quruculuq işlərində xidmətləri olan dövlət qurumları və şirkətlərin təntənəli mükafatlandırma mərasimi keçirilib.

Bu barədə Newscenter.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Mərasimdə Laçının yenidən qurulmasında, abadlaşdırılmasında və məşğulluğun təmin olunmasında xidmətlərinə görə bir sıra qurumlar, habelə şirkətlər mükafatlandırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də Laçının yenidən qurulmasındakı fəaliyyətinə görə mükafatlandırılanlar sırasında olub.

Mükafatçılara “Laçın qartalı” heykəli təqdim edilib.

Sona
Xəbəri paylaş