Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təbii qaz idxalı artıb

Təbii qaz idxalı artıb


Türkiyənin təbii qaz idxalı oktyabr ayında ötən ilin eyni dövrünə nisbətdə 3,7 faiz artaraq təxminən 3 milyard 358 milyon 230 min kubmetrə çatıb.

Newscenter.az-ın Enerji Bazarını Tənzimləmə Qurumuna istinadən verdiyi xəbərə görə, ən çox təbii qaz idxalı 1 milyard 985 milyon 990 min kubmetrlə Rusiyadan olub.

Qurumdan bildirilib ki, iidxalın təxminən 2 milyard 833 milyon 150 min kubmetri boru kəmərləri, 525 milyon 90 min kubmetri isə mayeləşdirilmiş təbii qaz (LNG) vasitəsilə həyata keçirilib.

Oktyabrda ən çox təbii qaz idxalı 1 milyard 985 milyon 990 min kubmetrlə Rusiyadan olarkən, bu ölkəni 718 milyon 910 min kubmetrlə Azərbaycan və 448 milyon 980 min kubmetrlə Əlcəzair izləyib.

Natiq Orucov
Xəbəri paylaş