Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin neft idxalı artıb

Türkiyənin neft idxalı artıb

.
Türkiyədə neft və neft məhsullarının idxalı oktyabr ayında keçən ilin eyni dövrünə nisbətdə 0,96 faiz artaraq 4 milyon 244 min 16 tona çatıb.

Newscenter.az Enerji Bazarını Tənzimləmə Qurumuna istinadən bldirir ki, oktyabr ayında Türkiyənin ümumi neft idxalının ən böyük maddəsini təşkil edən xam neft idxalı 2,04 artaraq 2 milyon 943 min 11 ton olub.

Bu dövrdə dizel növlərinin idxalı 7,37 faiz artaraq 925 min 871 ton təşkil edib.

İdxalın qalan hissəsini aviasiya və gəmi yanacağı, benzin və mazut növləri və digər məhsullar təşkil edib.

Ən çox xam neft və neft məhsulları idxalı 2 milyon 118 min 937 tonla Rusiyadan olub. Sonrakı yerləri İran və Qazaxıstan tutub.

Natiq Orucov
Xəbəri paylaş