Ukraynada prezident Volodimir Zelenski əleyhidarları çoxalır. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı “açıq” müharibə aparır.
Newscenter.az TASS-a istinadən bildirir ki, Fansanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo belə hesab edir.
"Zelenski tam fiaskodadır. Onun baş komandanı Zalujnı indi ona qarşı açıq, qəddar və ictimai müharibə aparır!", -deyə Filippo X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.
Filippo deyir ki, Kiyev rejimi çökməkdə davam edir və Fransa bu qırğına dəstəyi dayandırmalıdır.
Anar Əliyev