Ukraynanın kütləvi raket hücumu nəticəsində ölənlərin sayı 23-ə çatıb.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib.
Qeyd olunub ki, 134 nəfər yaralanıb.
Məlumata görə, həmçinin bir neçə rayonda elektrik enerjisi kəsilib.
Bildirilib ki, xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirirlər.
V. Türk sözügedən hücumu pisləyib.