"12 yaşlı uşağın 32 yaşlı kişi ilə nişanlanması faktı ciddi məsələ və çox ciddi sosial alarmdı. Uşaqların müdafiəsi mexanizmi yalnız qurumların koordinasiyalı işi deyil, həm də düşüncəni, həyata münasibəti, yaşam anlayışını əhatə edən sistemdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Vətəndaş Tədqiqat və İnkişaf ictimai birliyinin sədri Günel Səfərova səsləndirib. O bildirib ki, ailələrin, uşağın, 32 yaşlı psixi problemli kişinin intervyusu çox mətləblərdən xəbər verir:
"Azərbaycanın Ailə dəyərləri bu deyil və bu dəyərlərimizə ciddi təhdiddir. Uşaq nikahının yeni forması Nişan modeli ilə ört basdır edilməli deyil. Çox iş var".
Süleyman