Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yusif Bağırzadə seçki kampaniyasını necə quracaq?

Yusif Bağırzadə seçki kampaniyasını necə quracaq?


"1995-ci ildən etibarən dəfələrlə seçkilərdə iştirak etmiş biri olaraq və eləcədə bir neçə il Mərkəzi Seçki Komisiyyanın üzvü olaraq kifayət qədər seçki təcrübəm var. Parlament üzvü olduğum dönəmdə ATƏT Parlament Assambleyası və Qaradəniz İqtisadi Təşkilatı və MDB Parlament Assambleyasının üzvü olaraq, eləcə də Azərbaycan Milli İstiqlal Partiyasına rəhbərlik etdiyim dönəmdə ayrı-ayrı ölkələrdə seçkiləri müşahidə etmək, seçki kampaniyalarını izləmək imkanlarım da olub.

Onu deyim ki, hər hansı bir ölkənn seçki təcrübəsini olduğu kimi götürüb Azərbaycanda tətbiq etmək uğurlu yol deyil. Çünki birincisi, seçki kampaniyası zamanı mütləq şəkildə ölkənin seçki qanunvericiliyinə riayyət etməlisən, ikincisi isə hər bir ölkə seçicisinin özünəməxsus xüsusiyyətlərini, adət-ənənəni nəzərə almalısan".

Bu fikirləri Newscenter.az-a 2024-cü il, fevralın 7-də ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən politoloq Yusif Bağırzadə, seçki kampaniyası dövründə xarici ölkələrin seçki təcrübəsindən istifadə edib-etməməsi ilə bağlı məsələyə münasibət bildirərkən səsləndirib. O deyib ki, bizdə İsveçdə olduğu kimi qocalar evini ziyarət edib orada olan insanlara qida, geyim və ya ehtiyaclarını ödəyəcək hər hansı bir şey verə bilməzsən. Çünki bu, Seçki Məcəlləsinə görə seçiciləri ələ almaq kimi qiymətləndirilə və nəticədə namizədlik ləğv oluna bilər:

"Başqa sözlə desək seçki kampaniyasında konkret ölkənin təcrübəsini deyil, müxtəlif ölkələrin Azərbaycanda tətbiq edilə biləcək nümunələrindən istifadə etmək lazımdır ki, mən və seçki Qərərgahım da məhz bu şəkildə fəaliyyət göstərmək niyyətindəyik".

Yusif Bağırzadə deyib ki, qısa zaman kəsiyində bütün ölkə ərazisində seçki kampaniyasının aparılmasını nəzərə alaraq böyük seçki qabağı görüşlər yerinə müxtəlif bölgələrdə birbaşa təmaslara, həm namizəd olaraq mənim, həm də səlahiyyətli nümayəndə və vəkillərimin “qapı-qapı” kampaniyası aparması daha məqbul yoldur:

"Namizədin seçki qabağı platformasının maksimum şəkildə yayılması üçün xüsusi bukletlərin paylanılması, televiziya, radio və qəzetlər vasitəsilə platformanın seçicilərə çatdırılması kimi demək olar ki, əksər ölkələrin seçki təcürəbisndə nəzərdə tutulan fəaliyyət həyata keçiriləcək.

Hazırda ölkə əhalisinin böyük əksəriyyətinin sosial şəbəkə istifadəçiləri olduğunu nəzərə alaraq bu istiqamətdə fəaliyyətə böyük yer ayrılacaq. Bura reklam roliklərinin yerləşdirilməsi və s.- də daxildir".

Süleyman
Xəbəri paylaş