“Ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ilk dəfə ərazi bütövlüyümüzün tam bərpası şəklində qeyd edirik. Başa vurnaqda olduğumuz 2023-cü ilin ən mühüm, Azərbaycan tarixinı qızıl hərflərlə yazılacaq anı məhz Cənab Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını dalğalandırması ilə ərazi bütövlüyümüzün, suverenliyimizin tam təsbit edilməsi oldu”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov 2023-cü ilin uğur və nailiyyətlərindən danışarkən səsləndirib. Yola salmaqda olduğumuz ilin Azərbaycanın aktivinə yazılacaq müsbət hadisələrlə zəngin olduğunu deyən millət vəkili, il ərzində bütün istiamətlədə, bütün sahələrdə inkişaf və tərəqqinin qeydə alındığını vurğulayıb. İqbal Məmmədov bura həm siyasi və iqtisadi, həm sosial, həm xarici siyasət, həm də ölkədə, ən əsası işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən quruculuq-abadlıq işləri daxildir:
“İl ərzində Cənab Prezident öz ənənəsinə sadiq qalaraq sosial sahəyə diqqəti yenə də əsas prioritet saydı, əhalinin sosial rifah halının möhkəmləndirilməsi istiqamətində bir sıra fərman və sərəncamlar imzaladı. Həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı daha da möhkəmləndi, öz dimamikliyini qoruyub saxladı”.
İqbal Məmmədov deyib ki, 2023-cü il işğaldan azad edilən ərazilərimizdə quruculuq-abadlıq işlərinin sürətlənməsi və azad edilən şəhər və rayonlarımıza məcburi köçkünlərin geri qayıtması kimi yaddaqalan hadisələrlə də zəngin oldu: “Bu il azad Qarabağın yenidən qurulması, işğaldan azad edilən ərazilərimizdə həyatın qayıtması, canlanması baxımından da əlamətdar oldu”.
İqbal Məmmədov əmin olduğunu bildirib ki, qarşıdan gələn 2024-cü il də Azərbaycan üçün hərtərəfli uğur və nailiyyətlərlə yadda qalacaq.
Anar Əliyev