“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişinlərini mənzilbaşına təhlükəsiz və Rahat çatdırılması üçün xidmət keyfiyyətini vaxtaşırı təkmilləşdirir və vaqon parkını müasirləşdirir.
Newscenter.az quruma istinadən xəbər verir ki, artan şərnişin tələbatı nəzərə alınaraq ADY-yə məxsus sürətli sərnişin qatarlarımız bayram günlərində hər gün Qəbələ istiqamətində hərəkət edəcək.
Belə ki, Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar 30-31 dekabr 2023-cü il, 01– 06 yanvar 2024-cü il tarixlərində Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.
Həmçinin Qəbələ Dəmiryol Vağzalında yeni fəaliyyətə başlamış “coffeeshop” sərnişinlərin asudə vaxtlarının səmərəli təşkilinə imkan yaradır.
Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya “ADY Mobile” tətbiqini yükləyə bilərsiniz.
R.Mehdiyeva