Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biz prezidentin yanındayıq

Biz prezidentin yanındayıq


2024-cü il, fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşları da fəal olacaqlar. Artıq dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən səfirlik və digər diplomatik nümayəndəliklərimiz həmin ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına seçkilərdə aktiv olmaqla bağlı tövsiyələr edib.

İspaniya Azərbaycanlıları Assosiasiyasının sədri Vahid İmanov Newscenter.az-a verdiyi açıqlamada bu ölkədə yaşayan azərbaycanlıların da 7 fevral seçkilərində fəal olacaqlarını deyib. Təşkilat sədri müyyən problemin olduğunu da dilə gətirib. Bildirib ki, müəyyən qruplar və şəxslər Avropa ölkələrində, eləcə də İspaniyada azərbaycanlılar arasında seçkiyə getməmək barədə təxribat xarakterli işlər aparırlar:

“Lakin biz İspaniya Azərbaycanlıları Assosiasiyası olaraq bu kimi təxribatçı addımların qarşısını almağa çalışırıq. İspaniyada yaşayan Azərbaycan vətəndaşları arasında iş aparırıq ki, onlar da seçki günü fəal olsunlar. Eləcə də digər Avropa ölkələrindəki tərəfdaş təşkilatlarımız bu istiqamətdə çalışır”.

Vahid İmanov deyib ki, İspaniya azərbaycanlıları prezident İlham Əliyevin yanındadır və onu dəstəkləyirlər:

“Dəstəyimizi də bir müddət əvvəl prezident İlham Əliyevə ünvanladığımız müraciətdə bir daha ifadə etdik”.

Süleyman
Xəbəri paylaş