"31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2024-cü il münasibətilə təbrikimi bu sözlərlə başladığım üçün özümü dünyanın ən xoşbəxt insanı sayıram".
Newscenter.az xəbər verir ki, bu fikirlər “Palmali Holdinq” şirkətinin İdarə Heyətinin sədri Mübariz Mənsimovun təbrik mesajında əksini tapıb. Şirkət rəhbəri qeyd edib ki, 30 ildən çox müddətdən sonra ilk dəfədir biz bu bayramları ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş ölkənin vətəndaşları kimi qeyd edirik:
"Böyük Zəfərin əldə olunması sarsılmaz həmrəyliyimiz, yenilməz qüdrətimiz, mükəmməl savadımız və bütün bunları birləşdirərək düşmənlərimizə qarşı yönəltmiş müzəffər Liderimizin sayəsində mümkün oldu. 2024-cü ildə dünya azərbaycanlılarına vətənimiz Azərbaycanın ətrafında daha da sıx birləşərək onu yeni zirvələrə ucaltmağı, bu yolda səylərimizi əsirgəməməyi arzu edirəm. Yeni ildə hər birinizə möhkəm sağlamlıq, ailə səadəti və işlərinizdə uğurlar diləyirəm".
Süleyman İsmayılbəyli