Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ev işlərini bacarmaq o demək deyil ki, yeniyetmə qızlar ailə həyatına hazırdır

Ev işlərini bacarmaq o demək deyil ki, yeniyetmə qızlar ailə həyatına hazırdır


"12 yaşlı qızın nişanlanması ölkə gündəmini zəbt edib. Elə "möhtəşəm" tamaşadı ki! Belə hadisələri eşidən və onun təsiri altında olan cəmiyyət evindən çıxıb gəzə-gəzə, təmiz hava ala-ala teatrlara gələrmi? Xeyr! Gəlməz! İnformasiya ehtiyacını belə doyuranlar özlərinə qapanıb qalırlar".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova özünün Facebook sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, ölkənin bu sayaq "şok-şok"ları tragikomediyadır, faciədir!

Fəridə Aslanovanın qənaətincə, ev işlərini bacarmaq o demək deyil ki, yeniyetmə qızlar ailə həyatına hazırdır:

"Xeyr! 12 yaş! Bu dünyada cəmi 12 il olmaq deməkdir. 12 yaşlı qız dünyanı tam mənası ilə dərk edə bilməz. Ailə çox çətin bir mexanizmdir. Yükü ağırdır".

Süleyman
Xəbəri paylaş