Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup təhsil işçisi təltif olunub.
Newscenter.az xəbər verir ki, tədbirdə BŞTİ-nin Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və təhsil işçiləri iştirak ediblər.
Çıxış edənlər fəal və təşəbbüskar müəllimlərin uğurlu fəaliyyətlərinə görə təltif olunduqlarını diqqətə çatdırıblar. Həmçinin müəllimləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, uğurlar arzulayıblar.
Daha sonra müəllimlərə BŞTİ-nin Fəxri Fərmanı və Təşəkkürnamə təqdim olunub.
R.Mehdiyeva