Türkiyənin xarici işlər naziri Hakan Fidan 2023-cü ildə 5 dəfə dünya turu edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Fidan vəzifəsinin ilk 7 ayında xaricdə diplomatik təmaslar üçün 212 min 950 kilometr yol qət edib və dünyanı 5 dəfə gəzib.
O, 72 fərqli ölkənin xarici işlər nazirləri ilə ümumilikdə 136 görüş keçirib.
Cümhuriyyət hökumətlərinin ənənəsi kimi Fidan ilk xarici səfərlərini prezident Rəcəb Tayyib Ərdoğanın müşayiəti ilə Şimali Kipr Türk Respublikası (ŞKTC) və Azərbaycana edib.
Türkiyənin xarici dünya ilə ikitərəfli əlaqələrinin hər sahədə gücləndirilməsi və aktiv xarici siyasət yanaşması çərçivəsində Fidan xarici işlər naziri olaraq 25 müxtəlif ölkəyə ümumilikdə 36 səfər edib.
Süleyman