2024-cü il, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürənlərin bir çoxu vaxtı ilə müxalif düşərgədə təmsil olunmuş, siyasi partiyalara rəhbərlik etdmiş şəxslərdir. Uzun illər ayrı-ayrı siyasi partiyalarla ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edən həmin namizədlərin keçmiş müttəfiqlərindən seçkidə dəstək istəyib-istəməyəcəyi maraqlıdır.
Fəaliyyətini dayandırmış Azərbaycan Liberal Demokrat Partiyasının keçmiş sədri Fuad Əliyev Newscenter.az-a verdiyi açıqlamada dəstək üçün müvafiq siyasi partiyalarla görüş keçiriləcəyini istisna etməyib. O bildirib ki, seçkilərdə öz namizədi olmayan partiyalarla görüşüb dəstək almaq istiqamətində müzakirələr aparıla bilər:
“Ancaq ümumilikdə götürəndə bizim işimiz əsas etibarilə xalqla aparılacaq. Xüsusilə, seçkidə iştirak etməyə maraqlı görünməyən vətəndaşlarımızla görüşüb onların səsvermə günü altiv olmasına çalışacaq, eyni zamanda öz platformamızı onlara çatdıracağıq”.
Süleyman