Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fuad Əliyev imzatoplama kampaniyasını başa çatdırıb

Fuad Əliyev imzatoplama kampaniyasını başa çatdırıb


2024-cü il, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində mübarizə aparmaq üçün namizədliyi özü tərəfindən irəli sürülmüş Fuad Əliyev imzatoplama kampaniyasını başa çatdırıb.

Bu barədə məlumatı Newscenter.az-a prezidentliyə namizəd özü verib. Fuad Əliyev bildirib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən tələb olunan imzalar onun seçki qərargahının üzvləri tərəfindən bir daha nəzərdən keçirilir, dəqiqləşdirmə işləri aparılır:

"Yaxın günlərdə səlahiyyətli nümayəndəm tərəfindən imza vərəqələri Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək".

Qeyd edək ki, Fuad Əliyev fəaliyyətini dayandırmış Liberal Demokrat Partiyasının sədri olub.

Süleyman
Xəbəri paylaş