Türkiyədə polad sənayesində istehsal gücü 2024-cü ildə artacaq.
Newscenter.az Türkiyə Polad İstehsalçıları Dərnəyinə istinadən bildirir ki, qarşıdakı ildə bu sektorun rekord istehsal səviyyəsinin 40,4 milyon tonu aşacağını təxmin edilir.
Məlumata görə, istehsalda mərhələli bərpa 2023-cü ilin ikinci yarısında baş verib. Təkcə cari ilin 3-cü rübündə təxminən 6 milyon ton yeni istehsala başlanıb.
Ümumilikdə, xam polad istehsalı cari ilin 11 ayında ötən ilin eyni dövrünə görə 6,1 faiz azalaraq 32,5 milyon tondan 30,5 milyon tona düşüb.
Natiq ORUCOV