Gürcüstanın cənub-şərqində zəlzələ baş verib.
Newscenter.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.
Yerli vaxtla saat 08:58-də 4,1 maqnitudalı yeraltı təkanlar Dmanisi şəhərindən 9 kilometr, Tbilisidən 53 kilometr məsafədə qeydə alınıb.
Zəlzələ ocağı 6 kilometr dərinlikdə yerləşib. Dağıntı qeydə alınmayıb.